Bakı. Laçın Sultanova - APA. Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) binasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başlayıb.
Bakı. Hafiz Heydərov – APA. Nərimanov Rayon Məhkəməsi “Əbu Bəkr” məscidinin açılması ilə bağlı qərarını ləğv edib. Bu barədə APA-ya “Nərimanov rayon dindarları” Dini İcmasının vəkili Cavanşir Süleymanov məlumat verib.
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin qərarı ilə 2008-ci ilin oktyabr ayının 31-dən etibarən uçot dərəcəsi 12%-dən 10%-ə endirilib.
Gəncə. Nəzakət Məşədiəliqızı-APA.Türkiyənin Azərbancandakı səfirliyinin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu Gəncədə təhsil alan türk tələbələri ilə görüşüb.
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Bu il noyabrın 21-də itkin düşmüş Gəncə sakini Təbriz küçəsi, ev 107 ünvanında yaşayan 47 yaşlı Malik Əmir oğlu Hüseynovun noyabr 29-da axşam saatlarında özü evinə qayıdıb.
İstanbul. Mayis Əlizadə-APA. İstanbulun İstiqlal prospektində yerləşən Auditorlar Palatasının sənət qalareyasında azərbaycanlı rəssam Sadıq Babayev və tələbələrinin rəsm sərgisi açılıb.
Bakı - APA-Economics. Azərbaycanın maliyyə bazarında mühüm yer tutan qiymətli kağızlar bazarının daha çox inkişaf etmiş seqmenti dövlət qiymətli kağızlar sektorudur.
Kürdəmir. APA-Şahnəzər Bəşirov. Kürdəmir şəhərinin və rayon mərkəzinin yaxınlığındakı Xırdapay kəndinin əhalisi təbii qaz, içməli su və antisanitariya problemi ilə bağlı etiraz aksiyası keçiriblər.
Qars-APA. Türkiyə-Ermənistan sərhədində yerləşən Qars şəhəri yaxınlığında bir-birinə doğru uzanmış əllərin əks olunduğu 32 metr hündürlüyündə abidənin tikintisi yekunlaşmaq üzrədir.
Türkmənbaşı-APA. Bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun üçtərəfli görüşü olub.