NARİMANFİLM STUDİYASI YENİ FİLM BURAXIR
Narimanfilm kinostudiyasında “Sahə” ("The Precinct") çoxmetrajlı bədii filminin çəkilişi başa çatıb. Filmin ssenari müəllifi və quruluşcu rejissoru İlqar Safatdır.
“Sahə” layihəsi Cənubi Qafqazın Müstəqil Kino Xadimləri Assosiasiyasının (IFA-SC) iştirakı ilə hazırlanıb. Gürcüstan tərəfdən Narimanfilmin partnyorları “Gürcüstan film” kinostudiyası və “Baqira Film” şirkətidir. Çəkilişlərə Azərbaycan, Gürcüstan, Fransa, Rusiya və ABŞ-dan...
