Azərbaycan və Qazaxıstan futbol yığmaları arasında Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Qazaxıstan Futbol Federasiyası rəhbərliyinin etirazına baxmayaraq, oyun yerli hakimlərə tapşırılıb. Belə ki, baş hakim funksiyasını Mustafa Kamil Abitoğlu yerinə yetirəcək.