20675 сообщений (432 непрочтенных) в 18 feeds
QARABAĞ AZADLIQ TƏŞKİLATI: GÜL VƏ ERDOĞAN HƏRƏKƏTLƏRİNƏ GÖRƏ ALLAH VƏ TARİX QARŞISINDA CAVAB VERƏCƏK
"Gül-Erdoğan cütlüyünün hərəkəti təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün islam və türk dünyasına qarşı yönəlib. Onlar nə dinə, nə də millətə bağlı adamlar deyilmişlər. Onların indiyədək dediklərinin hamısı yalan imiş. Onlar dinlə pərdələnərək riyakar siyasət yeridirlər". Bu barədə Qarabağ Azadlıq Təşkilatının Türkiyə prezidentinin Yerevana qarşıdakı səfəri ilə bağlı bəyanatında deyilir. Təşkilat hesab edir ki, Türkiyə prezidenti Yerevana səfəri ilə Azəarbaycan, Türkiyə, islam və türk tarixinə...
ELMAR MƏMMƏDYAROV XƏZƏRİN HÜQUQİ STATUSUNUN HAZIRLANMASI HAQDA
Xəzərin hüquqi statusu probleminin həllində irəliləyişlər gözə çarpıb. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bu gün Xəzərin hüquqi statusunun hazırlanması üzrə İşçi Qrupun iclasının açılışında iştirak edərkən bildirib. Mövqelərin yaxınlaşdırılması və Konvensiya layihəsinin hələ razılaşdırılmamış məsələləri üzrə ümumi razılaşmaların əldə olunması Xəzəryanı dövlət başçılarının üçüncü sammitinin keçirilməsi üçün əsas verərdi. Xəzərin hüquqi rejiminin müasir tələblərə uyğun...
ABŞ AZƏRBAYCANIN QƏRBLƏ ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞINI YÜKSƏK QİYMƏTLƏNDİRİR
Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Dik Çeyninin görüşü olub. "Bu gün ikitərəfləri münasibətlərimiz və regional vəziyyət barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkanımız oldu. Bir daha bildirdik ki, ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir və bir çox yeni sahələri əhatə edir. Əlaqələrimiz, əsasən, enerji məsələlərindən başlanıb", - deyə Azərbaycan prezidenti danışıqlardan sonra bildirib. Onun sözlərinə görə, regionda həyata keçirilən...
HACI QAMƏT SÜLEYMANOV: BU, XARİCDƏ HAZIRLANIB
Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanovun Turana müsahibəsi:
- Məscidə qumbara atanların Çeçenistanla bağlı olduğu həqiqətdir?
- Ola bilsin ki, Çeçenistanla əlaqəlidir. Ola bilər.
- Qeyd etmişdiniz ki, müxalifləriniz var və bu hadisənin törədilməsində həmin müxaliflərin rolu var. Müxalif cərəyanların arxasında isə xarici dövlətlər durur. - Bu, balaca iş deyil. Bu, burada hazırlanmayıb, xaricdə hazırlanıb, sonra Azərbaycana gəlib.
- Sizin müxalifləriniz "Meşə Qardaşları"dır?...
AVROPA PARLAMENTİ RUSİYANIN GÜRCÜSTANA QARŞI TƏCAVÜZÜNÜ PİSLƏYİB
Avropa Parlamenti bu gün Gürcüstana dəstək ifadə edən qətnamə qəbul edib və Rusiyanı bu ölkəyə qarşı təcavüzünə görə pisləyib. Assambleyanın mətbuat xidmətindən Turan agentliyinə verilən məlumata görə, 549 deputat qətnamənin lehinə, 68 nəfər isə əleyhinə səs verib. Qətnamədə deyilir ki, Avropa Parlamenti Cənubi Osetiyada və Abxaziyada vəziyyətin dəyişməsi məqsədilə güc və zorakılıq tətbiqini qətiyyətlə pisləyir, həmçinin dinc əhalinin qətlində günahı olanları müəyyən etmək üçün...
Dik Çeyninin Azərbaycana səfəri başlayır
Amerikanın vitse-prezidenti Dik Çeyni sentyabrın 2-də Azərbaycana yola düşüb. O, Bakıda prezident İlham Əliyev və digər hakimiyyət təmsilçiləri ilə görüşəcək.
Ağ Ev bildirir ki, səfərin məqsədi regiondakı proseslərə və Amerika-Azərbaycan münasibətlərinə nəzər salmaqdır. Yüksəkrütbəli Amerika rəsmisinin Azərbaycan lideri ilə danışıqları zamanı ölkədəki islahatlar, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli zərurəti və enerji məsələləri də diqqət mərkəzində...
Moskva Qərbin sanksiyalarından qorxurmu?
Avropa Birliyi Gürcüstan böhranına görə Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi məsələsini nəzərdən keçirməyə hazırlaşır.
Bu barədə hazırda Birliyə prezidentlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner bildirib. O, Gürcüstana yardım etmə yollarını, eləcə də Rusiya ilə münasibətlərin yenidən baxılmasını müzakirə etmək üçün gələn həftə Avropa Birliyinin fövqəladə görüşünə çağırıb.
Bəs Rusiyaya qarşı bütün bu addımlar və xəbərdarlıqlar Moskva tərəfindən...
Rusiya Gürcüstan hakimiyyətini legitim saymır
Rusiya prezidenti Dmitri Medvedev deyib ki, Moskva Gürcüstan prezidenti Mixail Saakaşvilinin administrasiyasını daha legitim saymır. İtaliya mətbuatına müsahibəsində prezident Medvedev deyib ki, Rusiya Mixail Saakaşviliyə artıq mövcud olmayan siyasi meyit kimi baxır. Televiziya müsahibəsində prezident Medvedev deyib ki, dünya birliyi Cənubi Osetiyada döyüşlərin kimin birinci başladığını yadda saxlamalıdır. Avropa İttifaqının bazar ertəsi keçirilən sammitinə toxunarkən Dmitri Medvedev deyib ki, Rusiyaya qarşı sanksiyaların qəbul edilməməsi...
DİK ÇEYNİ BAKIYA GƏLİB
Bu gün saat 10.50-də ABŞ vitse-prezidenti Dik Çeyni və onu müşaiyət edən böyük bir qrup Bakıya gəlib. Bakı hava limanında onu baş nazirin müavini Yaqub Eyyubov, XİN rəhbəri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıb. Yerli mətbuata heç bir açıqlama verilməyib. Çeyni aeroportdan birbaşa onun üçün ayrılmış 1 saylı ("Brejnev evi") hökumət iqamətgahına yola düşüb. Nümayəndə heyətinin üzvləri Hyatt otelində yerləşiblər.
Kortejin keçəcəyi yolda gücləndirilmiş təhlükəsizlik...
ABŞ Mətbuatı: Qərbin Rusiya ilə münasibətləri soyuyur
Avropa Birliyi Rusiyaya iqtisadi sanksiyalar tətbiq etmək fikrindən vaz keçdi, amma bildirdi ki, Moksva ilə tərəfdaşlıq haqda geniş danışıqları dayandırır. Washinqton Postun yazdığına görə Avropa Birliyinin Brüsseldə qərar verməsindən öncə Rusiya beynəlxalq sülhməramlı qüvvələrin regiona gəldiyi və separatçı regionların toxunulmazlığına qaranti verdiyi təqdirdə Gürcüstan ərazisindən geri çəkiləcəyini bildirmişdi. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra Britaniya və...
Rusiya “Qafqaz evi”nə tərəfdardır
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin "Qafqaz evi" yaratmaq ideyasını dəstəkləyib. "Amerikanın səsi"nin Türkiyə Bürosunun məlumatına görə, cənab Lavrov bunu sentyabrın 2-də, İstanbulda türkiyəli həmkarı Əli Babacanla görüşdən sonra bildirib. Rusiya xarici işlər nazirinin səfəri Azərbaycan və Gürcüstanın XİN rəhbərlərinin ötən həftə Türkiyəyə işgüzar ziyarətlərindən sonraya təsadüf edir. Türkiyənini xarici işlər naziri Əli Babacan ölkəsinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi məsələsində Rusiya ilə...
Gürcüstan böhranı və Xəzər neftinin ixracat marşrutları məsələsi
Gürcüstan və Rusiya arasında münaqişə başlanandan bəri təkcə Azərbaycan yox, həm də Xəzərin o tayındakı Qazaxıstan öz neftinin Gürcüstan tranziti ilə bundan sonra da göndərilməsinin məqsədəuyğunluğu barədə ciddi düşünməyə başlayıb.
Bu barədə artıq Qərbin ən mötəbər enerji təhqiqatı agentlikləri və nüfuzlu analitik mərkəzləri söz açmağa başlayıblar.
Məsələn, United Press İnternational agentliyinin müxbiri yazır ki, Bakı-Tbilisi Ceyhan neft kəmərinin partladıldığı, üstəlik...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edir
Rusiya xarici işlər naziri ikitərəfli ticarət mübahisələri barədə danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib. Bu mübahisələrin Rusiya-Gürcüstan münaqişəsindən qaynaqlandığı istisna edilmir. Sergey Lavrov bu gün İstanbulda Türkiyə xarici işlər naziri Əli Babacanla görüşür. Rəsmi Ankara dünən ölkəyə daxil olan Rusiya mallarının gömrükdə daha ciddi yoxlanışını əmr edib. Buna səbəb isə Türkiyə yük maşınlarının Rusiyaya daxil olmasına problemlərin yaradılmasıdır. Rusiyanın bu addımı Türkiyənin ABŞ hərbi...
Orxan Pamukun yeni romanı 3 gün içində 60 min tiraj satıldı
Xəbər verdiyimiz kimi, məşhur türk yazarı, Nobel mükafatçısı Orxan Pamukun bir neçə gün əvvəl Türkiyədə "'Məsumiyyət Muzeyi" adlı yeni romanı satışa çıxarılıb.
"Qaynar.info" yazıçının kitablarını nəşr edən "İletişim" nəşriyyatına istinadən xəbər verir ki, romanın ilk nəşri 100 min tirajla buraxılıb və oxucular arasında böyük maraq qazanıb.
Bir neçə gün içində kitabın artıq 60 min tiraj satıldığını bildirən nəşriyyat rəhbərliyi, yeni nəşrin ən tezi 1 aydan sonra ərsəyə gələ...
UNAL ÇEVİKÖZ ABDULLA GÜLÜN SƏFƏRİ ÜÇÜN HAZIRLIQ GÖRMƏK MƏQSƏDİLƏ YEREVANA GEDİR
Ermənistanın XİN rəhbəri və Türkiyə prezidentinin xüsusi nümayəndəsi təhlükəsizlik və əməkdaşlıq üzrə Qafqaz platformasının yaradılması təşəbbüsünü müzakirə edəcəklər. Bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin əməkdaşı Tiqran Balayan bildirib. "Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sabah Türkiyə prezidentinin xüsusi nümayəndəsi Unal Çeviközü (Türkiyənin Azərbaycanda keçmiş səfiri) qəbul edəcək, onunla Türkiyənin təhlükəsizlik və əməkdaşlıq üzrə Qafqaz...
MTN ƏBU-BƏKR MƏSCİDİNDƏ TERROR AKTI OLDUĞUNU ELAN EDİB
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, 2008-ci il avqustun 17-də Əbu-Bəkr məscidində partlayış törədilməsində şübhəli bilinən şəxslər əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmiş, özünü "Dağıstan camaatı"nın əmiri elan edən "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyev, onun qaynı "Süleyman" ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan...
7 AYDA SƏNAYE MƏHSULUN İSTEHSAL QİYMƏTLƏRİ İNDEKSİ 26,1% ARTIB
İyulda sənaye məhsulun istehsal qiymətləri indeksi ötən ayla müqayisədə 0,3% azalıb, 2008-ci ilin 7 ayında isə 2007-ci ilin analoji dövrü ilə müqayisədə 26,1% artıb.
Mədən sənayesində sənaye məhsulun istehsal qiymətləri indeksinin artımı müvafiq 0,2% və 33,4% təşkil edib. Qeyd edək ki, illik kəsiyində neft –qaz sektorunda qiymətlər indeksi 33,5% artıb, digər çıxarma sənayelərində isə artım 10,6% olub.
İyulda emal sahəsində qiymətlər indeksi 0,5, elektrik avadanlıq və elektron...
GÜRCÜSTANIN OMBUDSMANI GİROVALRAIN AZAD EDİLMƏSİNDƏ KÖMƏK İSTƏYİB
Sentyabrın 1-də Azərbaycanın Avropaya inteqrasiya üzrə ictimai komitəsinin nümayəendə heyəti Gürcüstanın İctima müdafiəçisi (ombudsmanı) Sozar Subari ilə ilə Tbilisidə görüşüb. Turanın xüsusi müxbirinin Tbilisidən verdiyi məlumata görə, Subari Azərbaycan nümayəndə heyətinə gətirdikləri yardıma görə minətdarlığını bildirib."Biz istənilən yardımı böyk mənəvi dəstək kimi qiymətləndiririk. Bu bizim üçün çox mühümdür", - deyə Subari bildirib.
Onun sözlərinə görə, Rusiyanın təcavüzü...
“Moskva ilə əlaqələr Gürcüstandan qoşunların çıxarılmasından asılıdır”
Avropa İttifaqının liderləri Rusiyanın ünvanına xəbərdarlıqla çıxış etmək qərarına gəliblər.
Brüsseldə İttifaqın növbədənkənar iclasında müzakirə edilən qərar layihəsində deyilir ki, Moskva ilə əlaqələr həll edici məqama çatıb və münasibətlərin inkişafı Gürcüstandan Rusiya qoşunları çıxarılmasından asılı olacaq.
İclasdan əvvəl Avropa İttifaqının xarici siyasət üzrə komissarı Xavyer Solana Gürcüstana İttifaq müşahidəçilərinin göndəriləcəyini deyib.
Cənab Solana...
Avropa İttifaqı Rusiya ilə danışıqları təxirə salıb
Avropa İttifaqı ölkələrinin liderləri Rusiya ilə planlaşdırılan tərəfdaşlıq sazişinə dair danışıqların növbəti mərhələsini təxirə salıblar.
Bu qərar Moskvanın Gürcüstanda hərbi əməliyyatına cavab olaraq qəbul edilib.
Avropa İttifaqının Brüsseldə keçirilən fövqəladə sammitində Fransa prezidenti Nikolə Sarkozi deyib ki, əgər imzalanmış atəşkəs barədə sazişə uyğun olaraq Rusiya öz qoşunlarını Gürcüstandan çıxarmasa Avropa İttifaqı Rusiya ilə öz münasibətlərini təftiş...
GƏLƏN RAMAZAN AYI, GÖRÜLƏN İSƏ SEÇKİ HAZIRLIĞI
Bu günlərdə "Bibiheybət" məscidində Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, deputatların birgə iştirakı ilə toplantı keçirilib. Həmin toplantıda çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə öncə Bakıdakı məscidlərdə aparılan təmir-bərpa işlərinə toxunub və sonra bu il avqustun ortalarında "Əbu-Bəkr" məscidində törədilmiş partlayışa şərh verib.
Onun sözlərinə görə, "Əbu-Bəkr" məscidində partlayışı ölkə üçün "çətinliklər yaratmaq istəyən...
İYULDA DOLLARLA NAĞD ƏMƏLİYYATLARININ DÖVRİYYƏSİ $0,5 MLRD.-A YAXIN TƏŞKİL EDİB
Cari ilin iyul ayında nağdsız xarici valyutanın əməliyyatlarının dövriyyəsi 3577 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 2,37 dəfə çoxdur. 2008-ci ilin birinci 7 ayında bazar 97,4% artaraq 15,71 mlrd. manatı keçib.
Hesabat dövründə amerika valyutası ilə əməliyyatların həcmi azalmağa davam edib, lakin əvvəlki kimi əsas olub. Onların payı 73,27% olub. Avro ilə əməliyyatların xüsusi çəkisi artaraq 23,56%-i keçib, rusiya rublu ilə əməliyyatların xüsusi çəkisi 2,53%, funt...
AZƏRBAYCAN DEMOKRATİK İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ TBİLİSİDƏ MÖHTƏŞƏM HƏMRƏYLİK AKSİYASINDA İŞTİRAK EDİBLƏR
Azərbaycanın Avrointeqrasiya İctimai Komitəsinin nümayəndə heyəti gürcü xalqına həmrəylik bildirmək missiyası ilə Tbilisiyə gedib. Turanın xüsusi müxbirinin verdiyi məlumata görə, bu gün nümayəndə heyətinin üzvləri "Gürcüstan bizim Vətənimizdir" şüarı altında ümummilli yürüşdə iştirak edib. Aksiyada yüz minlərlə insan əl-ələ tutaraq, Tbilisi küçələrində canlı həmrəylik zənciri yaradıb. Dünən nümayəndə heyətinin üzvləri - Arzu Abdullayeva və Əvəz Həsənov Qoridə qaçqın düşərgəsinə...
İnqushetiya.ru vebsaytının təsisçisi öldürülüb
Kremlin Qafqazda siyasətini tənqid edən İngushetiya.ru saytının təsisçisi Maqomed Yevloyev polis tərəfindən tutulduğu vaxtı odlu silahdan aldığı yaradan ölüb.
Moskvadan Nazrana qayıdan Maqomed Yevloyev hava limanından polis işçiləri tərəfindən aparılmışdı.
Daxili İşlər Nazirliyinin versiyasına görə Yevloyev polisin işçisinə müqavimət göstərərək təsadüfi atəş nəticəsində gicgahından yaralanmışdı.
Yevloyevin həmkarlarına istinadən baş nahiyəsindən ölümcül xəsarət alan Yevloev...
GÜRCÜSTANA DƏSTƏK
Bu gün Gürcüstanın Bakıdakı səfirliyinin binası qarşısında Gürcüstana dəstək aksiyası keçirilib.
Dinc aksiyada Gürcüstanın hazırki və sabiq səfirləri, "Demokratik İslahatlar" Partiyasının sədri, həmçinin Azərbaycanda yaşayan gürcülər iştirak ediblər. Asim Mollazadə aksiya zamanı qeyd edib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Onu bütün aksiya iştirakçıları dəstəkləyiblər. Aksiya iştirakçıları "Stop Russia!" yazılan plakatlar qaldırıblar. Aksiya kifayət qədər...
Gündəliklər (Üçüncü hissə)
19.01.90
Artıq dörd gündür ki, Azərbaycanın rayonlarında fövqəladə vəziyyət elan edilib. Yenidən gələn ordu şəhərin girəcəyində dayansa da, şəhərə girmir. Şəhərin üzərində hərbi vertolyotlar uçuşur. Hər yerdə nümayişdi. Qəzetlər də çıxmır. Qərargahdan Tofiq Qasımov zəng edir: "Hardasan? Dünənki vəziyyəti müzakirə eləməliyik, Vəzirovun istefasını tələb eləməli və onun yerinə Həsən Həsənovu gətirməliyik. Nəcəf ("Azadlıq" qəzetinin baş redaktoru - H.H) artıq bizim müraciətimizi...
DİK ÇEYNİNİN AZƏRBAYCANA SƏFƏRİ HAQQINDA
ABŞ-ın vitse-prezidenti Dik Çeyni Bakıda Azərbaycan rəhbərliyi ilə regiondakı vəziyyətlə bağlı məsləhətləşmələr keçirəcək, Amerika-Azərbaycan münasibətlərində aktual məsələləri müzakirə edəcək. Bu barədə şənbə günü Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib. O qeyd edib ki, sentyabrın 2-də Çeyni Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliya üzrə turneyə yola düşəcək. Ağ Evin nümayəndəsinin sözlərinə görə, Çeyni "Azərbaycan rəhbərliyinə İraqda terrorçuluğa qarşı mübarizədə...
Vitse-prezidentliyə namizədlər seçicilərə təqdim edilir
ABŞ prezidentliyinə namizədlər Amerikanın aparıcı ştatlarında vitse-prezidentliyə namizəd göstərdikləri şəxsləri seçicilərə təqdim edir. Respublikaçı namizəd Con Makkeyn və Alyaska qubertnatoru Sara Peylin dunən axşam Pensilvaniya ştatının kiçik Vaşinqton şəhərində təşkil edilən yürüşün iştirakçısı olub. Senator Makkeyn Amerika Birləşmiş Ştatlarının gələcək vitse-prezidenti, Alyaska ştatının qubarnatoru Sara Peyli təqdim etmekden böyük qürur hissi keçirdiyini bildirir. O, xanım Peylinin ştat hökumətində islahatlar...
«Rusiya ilə bir masa ətrafında oturmağımız mümkün deyil»
«Bir rus əsgəri belə Gürcüstan ərazisində qalsa, bizim onunla bir masa ətrafında oturmağımız mümkün deyil».
Bunu Gürcüstan xarici içlər naziri Eka Tkeşelaşvili avqustun 31-də İstanbulda türkiyəli Əli Babacanla görüşündən sonra səsləndirib. Onlar Gürcüstan və regionun hazırkı vəziyyəti, Türkiyə ilə Gürcüstan arasındakı ikitərəfli münasibətləri və Qafqaz təhlükəsizlik paktını müzakirə ediblər.
Eka Tkeşelaşvili bildirib ki, Avropa Birliyinin regiona daha çox diqqət ayırmalı və...
Türkiyə Rusiyanın ticarət məhdudiyyətlərini cavabsız qoymayacaq
Türkiyə xarici işlər nazirinin sözlərinə görə, hökumət Rusiyanın Türkiyəyə ixrac mallarına qoyduğu məhdudiyyətlərə cavab verəcək. Kurşad Tuzmen jurnalistlərə deyib ki, Türkiyə öz növbəsində bazar ertəsindən başlayaraq Rusiyanın ixrac mallarına qarşı ölçülər götürəcək. Türk rəsmilərin bildirdiyinə görə, Türkiyə yük maşınları Rusiya sərhəddində tıxac yaradıblar. Nazir Tuzmen isə Türkiyənin ən böyük ticarət partnyoru olan Rusiyaya qarşı hansı ölçüləri götürəcəyini açıqlamayıb....
Respublikaçı MakKeyn seçkilərə Alyaskanın qubernatoru ilə gedəcək
Amerikada Respublikaçılar partiyasından prezidentliyə namizəd senator Con MakKeyn prezident seçkilərinə Alyaska ştatının qubernatoru Sara Palinlə gedəcəyini bəyan edib.
44 yaşlı Sara Palin cəmi 2 il bundan əvvəl qubernator vəzifəsinə seçilibdir. O, Demokrat partiyasının namizədi Barak Obamadan 3 yaş kiçikdir.
MakKeynin məhz Sara Palini seçməyi bir çoxları üçün gözlənilməz oldu.
Xanım Palinin adı elan edilməzdən əvvəl bir neçə populyar və təcrübəli siyasətçinin adı...
«Nabucco» ölü layihədir
«Gürcüstandakı münaqişə «Nabucco» qaz kəmərini söndürən yel ola bilər. Rusiya Gürcüstanın separatçı bölgələrini müstəqil dövlət kimi tanıyandan sonra çətin ki, sərmayəçilər «Nabucco»ya pul qoyalar».
Bunu «International Herald Tribune» qəzeti yazır. Müəllif deyir ki, bu gedişlə Avropa Birliyinin Rusiyadan qaz asılılığını azaltmaq arzusu gözündə qalacaq.
Nəzərdə tutulub ki, üç min kilometrlik «Nabucco» kəməri Orta Asiya qazını Azərbaycandan keçməklə Avropanın mərkəzinə,...
«Amerika, biz geri qayıda bilmərik»
«Bu axşam mən Amerika xalqına - bu böyük ölkənin bütün tərəflərində demokratlara, respublikaçılara və müstəqillərə müraciət edirəm – Bəsdir! Bu an, bu seçkilər bizim 21-ci əsrdə Amerika vədlərini saxlamaq şansımızdır».
ABŞ senatoru Barak Obama Denverdə Demokrat Partiyasının qurultayında namizədliyi qəbul etmə nitqinidə belə deyib.
Corc Buşun siyasətinin uğursuzluğa düçar olduğunu deyən B.Obama xalqa müraciət ünvanlayıb:
«Gələn həftə sizə Corc Buş və Dik...
Zeyno Baran: “Qarabağ danışıqlarında yeni mərhələ başlaya bilər”
"Amerika və Avropa Qarabağ məsələsini Rusiyasız daha aktiv həll edə bilərlər". Bunu "Amerikanın səsi" radiosuna müsahibəsində Hadson Araşdırmalar Mərkəzinin Avrasiya proqramının direktoru Zeyno Baran bildirib. O deyib ki, bundan sonra Qarabağ danışıqlarında yeni mərhələ başlaya bilər: "Fərqli mərhələnin başlanacağını gözləyirik. Çünki Gürcüstandakı proseslər və Amerika ilə NATO-nun Rusiya ilə gərginləşən münasibətlərindən sonra Minsk prosesinin davam etməsi mümkün...
AZƏRBAYCANDA JURNALİSTLƏRİN HƏMKARLAR İTTİFAQININ YARADILMASI PLANLAŞDIRILIR
Türkiyə Qəzetçilər Sindikatının (həmkarlar ittifaqı) qərargah-mənzilində Azərbaycan Mətbuat Şurası nümayəndələrinin Türkiyə Jurnalistlərinin Həmkarlar İttifaqının prezidenti Ercan İpekçi ilə görüşü keçirilib.
İpekçi qonaqları 5 min üzvü olan jurnalistlərin həmkarlar ittifaqının fəaliyyəti və vəzifələri ilə tanış edib. Həmkarlar İttifaqının ənənəvi sosial dəstək institutu rolundan fərqli olaraq, TQS fəaliyyətini əsasən işlə təmin edənlə jurnalist arasında müqavilələrin yerinə...
DƏLİNİN FİKİRLƏRİ
Biz necə xalqıq? Bu suala çoxlarının hazır cavabı var. Bu cavab daxildən, uşaqlıqdan gəlir.
80-ci illərin sonlarında biz qaçqınları gəbul edəndə, kimsə Topxanada nə isə tikir
deyə qəzəbdən gecəni yata bilməyəndə biz sual verirdik – dünya belə bir vaxtda
necə susa bilər! Biz başa düşmürdük ki 1990-cı ilin yanvarında və dəfələrlə sonradan da axı dünya niyə susur? Bəs niyə indi, qonşularımız 1990-cı ilin yanvarını yaşayanda biz susuruq?
Necə olur ki, Gürcüstanın azərbaycanlılar...
ÇİN VƏ MƏRKƏZİ ASİYA MOSKVANI CƏNUBİ OSETİYA VƏ ABXAZİYA MƏSƏLƏSİNDƏ DƏSTƏKLƏMƏYİB
Bu gün Kreml Şanxay Əməkdaşlıq Təşkilatı üzrə partnyorlarından ciddi zərbə alıb. ŞƏT-in Tacikistanın paytaxtında keçirilən sammitində qəbul edilmiş yekun bəyannamədə dövlətlərin ərazi bütövlüyü prinsipinə riayət etmək zərurəti qeyd edilib. Bu zaman ŞƏT ölkələri Rusiyanın sülhməramlı səylərini ümumilikdə təqdir ediblər, lakin qeyd ediblər ki, son hadisələrdən narahatdırlar. Moskva, əlbəttə ki, ŞƏT-ə üzv dövlətlərdən böyük dəstək gözləyirdi. Narazılığını büruzə verməyən Medvedev sammit...
GÜRCÜSTAN VƏ UKRAYNA TƏCİLİ NATO-ya QƏBUL OLUNMAQDA İSRAR EDİR, QƏRB İSƏ MOSKVAYA TƏZYİQİ GÜCLƏNDİRİR
Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstanın təcili NATO-ya qəbul edilməsində israr edir. O hesab edir ki, Moskva ilə silahlı münaqişədən sonra Tbilisinin NATO-ya xüsusi yolu olmalıdır - mövcud prosedurlardan kənar. "Bizə təcili üzvlük lazımdır, Fəaliyyət Planı yox, keçid dövrü yox", deyə Saakaşvili Litva telekanalına müsahibəsində bildirib.
Rusiyanın planlarına, Qafqazda təsirini gücləndirməkdən başqa, Ukrayna, Baltik ölkələri və Mərkəzi Asiyaya qarşı analoji niyyətləri də daxildir.
...
Qərb Moskvanı “ soyuq müharibə ” yolundan dönməyə çağırır
Abxaziya və Cənubi Osetiyanın tanınmasından bir gün keçmiş inkişaf etmiş qərb ölkələri qrupu, Böyük 7-lər Rusiyanı soyuq müharibə yolundan dönməyə çağırıblar.
Fransa prezidenti Nicolas Sarkozy Rusiyanın əməllərini sərhəd dəyişmək cəhdi kimi dəyərləndirib.
“Bu qeyri-məqbul addımdır. Biz soyuq müharibənin əleyhinəyik və Moskvanı rəqib olaraq görmürük. NATO Moskva ilə müsbət əlaqələr qurmaq istəyir” , - deyib Moskvaya xəbərdarlığında Fransa prezidenti.
Ukraynaya səfər...
Sinan Oğan: “Azərbaycan tarazlaşmış siyasət yürütməlidir”
Gürcüstan üstündə Qərblə Rusiya arasındakı ixtilaf gündən-günə dərinləşir və bu, qonşu Azərbaycanda da yaxından izlənilir. Qərb ölkələri Moskvanı sərt tənqid edirlər və hətta Rusiyaya qarşı müəyyən koalisiyanın formalaşması zərurətindən danışılır. Rəsmi Moskva bəyan edir ki, o mümkün yeni soyuq müharibədən qorxmur. Beləliklə baş qaldıran Qərb-Rusiya qarşıdurmasında Azərbaycan kimin yanında olmalıdır? Ankaradakı Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan...